Para-atletika idman növü üzrə təmsilçilərimiz Tokio-2020 Yay Paralimpiya Oyunlarında finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, Yelena Çebanu (T13) 100 metr kateqoriyasında 12:16 saniyəlik nəticə göstərərək, final mərhələsinə vəsiqə qazanıb.

Para-atletimiz Yuliya Yanovskaya (T13) 100 metr kateqoriyasında 12:41 saniyəlik nəticə göstərərək final mərhələsinə yüksəlib.

Eyni zamanda Lamiyə Vəliyeva da (T13) 100 metr kateqoriyasında 12:09 saniyəlik nəticə göstərərək, final mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, yarışın final mərhələsi bü gün Bakı vaxtı ilə saat 14:57-də start götürəcək.