Azərbaycanın qadın paracüdoçusu Dürsədəf Kərimova Tokio-2020 Yay Paralimpiya Oyunlarında final görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, Dürsədəf Kərimova 70 kq-dan yuxarı çəki dərəcəsində qızıl medala sahib olub. O, finalda qazaxıstanlı Zarina Baybatinanı ipponla məğlub edib.

Qeyd edək ki, bu, Azərbaycanın 9-cu qızıl medalı olub.

Paracüdoçumuzun ipponla qalib gəldiyi anın görüntülərini təqdim edirik: