Tokio-2020 Yay Paralimpiya Oyunlarında daha bir idmançımız finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, Azərbaycanın para-üzgüçüsü Roman Saley 50 metr məsafəyə sərbəst üsulla üzmə yarışının təsnifat mərhələsində 23,98 saniyə nəticə göstərib. O, 8 iştirakçı arasında üçüncü olub və finala yüksəlib.

Final mərhələsi Bakı vaxtı ilə saat 13:11-də başlayacaq.

Qeyd edək ki, Roman Saley daha əvvəl 100 metr məsafəyə arxası üstə üzmə yarışında qızıl medal qazanıb.