Azərbaycanın qadın paracüdoçusu Dürsədəf Kərimova Tokio-2020 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Offsideplus.az xəbər verir ki, 70 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançımız Braziliya təmsilçisi Meg Emmerikə qalib gələrək adını finala yazdırıb.

Təsəlliverici görüşə çıxan İlham Zəkiyev isə ikiqat paralimpiya çempionu yamaykalı Teador Subba ilə üz-üzə gəlib.  100 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan Zəkiyev rəqibi üzərində qələbə qazanaraq bürünc medal uğrunda qarşılaşmaya vəsiqə qazanıb.

Onun rəqibi özbəkistanlı Şirin Şaripov olacaq.