Azərbaycanın Tokio-2020 Yay Paralimpiya Oyunlarında qazandığı medalların sayı 8-ə çatıb.

Offsideplus.az xəbər verir ki, para-atlet Elvin Astanov  nüvə itələmə növündə bütün rəqiblərini geridə qoyaraq birinci olub. 

42 yaşlı idmançı 8,77 metr nəticə ilə paralimpiya rekordunu qırıb.