Azərbaycanın Tokio-2020 Yay Paralimpiya Oyunlarındakı qızıl medallarının sayı 7-yə çatıb.

Offsideplus.az xəbər verir ki, Azərbaycan para-atleti Həmid Heydəri nizə atma növü üzrə yarışda 1-ci yeri tutub. İdmançımız 51.42 metr nəticə göstərərək dünya rekordunu da yeniləyib.

Qeyd edək ki, Azərbaycan Tokio-2020 paralimpiadasında indiyə qədər 7 qızıl, 2 bürünc medal qazanıb.