Azərbaycan paracüdoçusu Namiq Abaslı Tokio-2020 Yay Paralimpiya Oyunlarında bürünc medal uğrunda görüşə çıxıb.
Offsideplus.az xəbər verir ki, 66 kq çəkidə yarışan idmançımız üçüncü yer uğrunda qarşılaşmada ukraynalı David Xorava ilə qarşılaşıb. O, rəqibini vazari xalı ilə üstələyərək bürünc medal qazanıb.
Qeyd edək ki, bu gün digər paracüdoçular Vüqar Şirinli (60 kq), Şəhanə Hacıyeva (48 kq) və üzgüçü Raman Saleh paralimpiya çempionu olub. Ötən gün isə paurliftinqçi Pərvin Məmmədov (49 kq) bürünc medal qazanıb.