Tokio-2020 Yay Paralimpiya Oyunlarında ilk medal dəsti sahibini tapıb.
Offsideplus.az məlumatına görə, avstraliyalı velosipedçi Peyc Qreko 3 min metr məsafəni hamıdan öndə tamamlayıb.
O, final yarışında 3 dəqiqə 50, 815 saniyə ilə dünya rekordunu da qırıb. Çinli Van Syaomey ikinci, almaniya Deniz Şindler üçüncü yeri tutub.
Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.