Bu gün saat 15:00-da Tokioda Yay Paralimpiya Oyunlarının açılış mərasimi baş tutub.
Offsideplus.az xəbər verir ki, Oyunlar koronvirus pandemiyası səbəbindən ilk dəfə azarkeşsiz keçiriləcək.
22 idman növü üzrə ümumilikdə 4 bin 400 idmançı mübarizə aparacağı yarışlar bu gündən start götürür. Paralimpiada bu gün qolbol, üzgüçülük, stolüstü tennis, qılıncoynatma, basketbol, velosiped və reqbi üzrə yarışlar keçiriləcək.
Qeyd edək ki, ölkəmizi Oyunlarda 35 idmançı təmsil edəcək. Onlardan 12-si paraatletika, 10-u paracüdo, 4-ü parataekvondo, 4-ü pauerliftinq, 3-ü üzgüçülük və 2-si güllə atıcılığı növündədir.
1. Pərvin Məmmədov (Pauerliftinq - 49 kq)
2. Elşən Hüseynov (Pauerliftinq - 107 kq)
3. Şamo Aslanov (Pauerliftinq - +107 kq)
4. Nurlan Babacanov (Pauerliftinq - 97 kq)
5. Roman Saley (Üzgüçülük - 100 metr məsafəyə arxası üstə üzmə, 50 metr məsafəyə sərbəst üsulla üzmə, 100 metr məsafəyə sərbəst üsulla üzmə, 100 metr məsafəyə baterflay üsulu ilə üzmə)
6. Vəli İsrafilov (Üzgüçülük - 100 metr məsafəyə baterflay üsulu ilə üzmə, 100 metr məsafəyə brass üsulu ilə üzmə)
7. Dana Şandıbina (Üzgüçülük - 100 metr məsafəyə brass üsulu ilə üzmə)
8. Şəhanə Hacıyeva (Cüdo - 48 kq)
9. Bəsti Səfərova (Cüdo - 52 kq)
10. Vüqar Şirinli (Cüdo - 60 kq)
11. Namiq Abbaslı (Cüdo - 66 kq)
12. Sevda Vəliyeva (Cüdo - 57 kq)
13. Xanım Hüseynova (Cüdo - 63 kq)
14. Hüseyn Rəhimli (Cüdo - 81 kq)
15. Dürsədəf Kərimova (Cüdo - +70 kq)
16. Kənan Abdullaxanlı (Cüdo - 100 kq)
17. İlham Zəkiyev (Cüdo - +100 kq)
18. Oloxan Musayev - (Atletika - nüvə itələmə, disk atma)
19. Elvin Astanov - (Atletika - nüvə itələmə)
20. Həmid Heydəri (Atletika - nizə atma)
21. Orxan Qasımov (Atletika - nizə atma)
22. Samir Nəbiyev - (Atletika - nüvə itələmə)
23. Elmir Cəbrayılov - (Atletika - 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)
24. Səid Nəcəfzadə (Atletika - uzunluğa tullanma)
25. Kamil Əliyev (Atletika - uzunluğa tullanma)
26. Yelena Çebanu (Atletika - 100 metr məsafəyə qaçış)
27. Yuliya Yanovskaya (Atletika - 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)
28. Lamiyə Vəliyeva (Atletika - 100 metr məsafəyə qaçış, 400 metr məsafəyə qaçış)
29. Orxan Aslanov - (Atletika - uzunluğa tullanma)
30. Yelena Taranova (Güllə atıcılığı - 10 metr məsafəyə atma, 25 metr məsafəyə atma, 50 metr məsafəyə atma)
31. Kamran Zeynalov (Güllə atıcılığı - 10 metr məsafəyə atma, 50 metr məsafəyə atma)
32. Röyalə Fətəliyeva (Taekvondo - 49 kq)
33. İmaməddin Xəlilov (Taekvondo - 61 kq)
34. Əbülfəz Abuzərli (Taekvondo - 75 kq)
35. Aynur Məmmədova (Taekvondo - +58 kq)