Azərbaycan nümayəndə heyəti Tokio-2020 Yay Paralimpiya Oyunlarının açılış mərasimindəki paradda 4-cü keçib.

Offsideplus.az-ın məlumatına görə, tədbirdə 20 nəfər iştirak edib. Onlardan 13-ü idmançı, 7-si isə nümayəndə heyətinin üzvüdür.

Bu gün azarkeşsiz keçirilən açılış mərasimi Bakı vaxtı ilə saat 15:00-da başlayıb. Azərbaycan bayrağını para-atlet Oloxan Musayev daşıyıb.

Qeyd edək ki, Tokio paralimpiadasına sentyabrın 5-də yekun vurulacaq.