Şimali Koreyada Tokio-2020 Yay Olimpiya Oyunlarının yayımına start verilib.
Offsideplus.az-ın məlumatına görə, dövlət televiziyası yarış başa çatandan iki gün sonra Olimpiadanın yayımına başlayıb.
Televiziyada qadın futbolçulardan ibarət Böyük Britaniya və Çili millilərinin görüşünün 70 dəqiqəsi göstərilib. Bu görüş təxminən üç həftə əvvəl – iyulun 21-də baş tutub.
Bu oyun Şimali Koreyada Olimpiadadan vətəndaşlara nümayiş olunan ilk görüntülərdir. İnternetə və xarici kanallara çıxışın olmadığı ölkədə idman televiziyası da var. Lakin məhdud çərçivədə fəaliyyət göstərən kanalın Olimpiadanı yayımlayıb-yayımlamadığı bəlli deyil.
Qeyd edək ki, KXDR Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak etməyib. Şimali koreyalılar koronavirus pandemiyasını əsas gətirərək yarışa yollanmaqdan imtina edib.