Tokio-2020 Yay Olimpiya Oyunları başa çatıb.

Offsideplus.az xəbər verir ki, medal sıralamasında ilk pillədə 113 medalla (39 qızıl, 41 gümüş, 33 bürünc) ABŞ yığması qərarlaşıb.  Çin 88 medalla (38 qızıl, 32 gümüş, 18 bürünc) ikinci, Yaponiya 58 medalla (27 qızıl, 14 gümüş, 17 bürünc) üçüncü yeri tutub.

Olimpiadada 3 gümüş və və 4 bürünc medal qazanan Azərbaycan yarışı 67-ci sırada tamamlayıb. Aktivində 2 qızıl, 2 gümüş və 9 bürünc medalı olan Türkiyə isə 35-ci sırada yer alıb.