Azərbaycan üçün Tokio-2020 Yay Olimpiya Oyunları başa çatıb.

Offsideplus.az xəbər verir ki, 44 idmançımızın iştirak etdiyi olimpiadada Azərbaycan komandası 7 medal qazanıb. Bunlardan 3-ü gümüş, 4-ü isə bürüncdür. "Qızıl" qazana bilməyən Azərbaycan 25 ildən sonra ilk dəfə olimpiadanı qızıl medalsız başa vurub.

Qeyd edək ki, sonuncu dəfə 1996-cı ildə qızıl medal olmayıb. Həmin vaxt yeganə medalı (gümüş) sərbəst güləşçi Namiq Abdullayev qazanıb.