Azərbaycanın qadın güləşçisi Mariya Stadnik bürünc medal uğrunda mübarizə aparıb.
Offsideplus.az xəbər verir ki, 50 kq çəkidə çıxış edən idmançımız Namuuntsetseq Oçiri (Monqolustan) sınağa çəkib. Qələbə qazanan Stadnik bürünc medal qazanıb.
Qeyd edək ki, M.Stadnik yarımfinalda yaponiyalı Yui Susakiyə uduzaraq finala yüksələ bilməmişdi.