Türkiyə Tokio-2020 Yay Olimpiya Oyunlarında ikinci qızıl medalını qazanıb.
Offsideplus.az-ın məlumatına görə, 68 kq-da mübarizə aparan boksçu Busenaz Sürmeneli finalda çinli Gu Honqu 3:0 hesabı ilə məğlubiyyətə uğradıb.
Tarixdə ilk dəfə türkiyəli qadın boksçu olimpiadanın qalibi olub.
Qeyd edək ki, daha əvvəl Mete Qazoz kamandan oxatma yarışında olimpiya çempionu adına sahib çıxıb.