ABŞ yığması Tokio-2020 Yay Olimpiya Oyunlarında basketbol üzrə olimpiya çempionu olub.

Offsideplus.az xəbər verir ki, bu titulu ardıcıl dördüncü dəfə qazanan "Arzular komandası" finalda Fransa yığmasını 87:82 hesabı ilə məğlubiyyətə uğradıb.

Qeyd edək ki, üçüncü yer uğrunda qarşılaşmada Sloveniya və Avstraliya komandaları üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə 15:00-da start götürəcək.

Qadınların yarışında isə  finalda ABŞ Yaponiya ilə, bürünc medal oyununda isə Fransa Serbiya ilə görüşəcək.