Tokio-2020 Yay Paralimpiya Oyunlarında açılış mərasimində Azərbaycanın 30 təmsilçisi iştirak edəcək.
Offsideplus.az-ın məlumatına görə, bu barədə Milli Paralimpiya Komitəsinin prezidenti İlqar Rəhimov mətbuat konfransında bildirib.
Onun sözlərinə görə, cüdo üzrə ikiqat paralimpiya çempionu İlham Zəkiyev bayraqdar olacaq. Açılış mərasiminə isə ümumilikdə 30 nəfər qatılacaq.
Qeyd edək ki, Azərbaycan paralimpiyaçıları Tokio-2020-yə 36 lisenziya qazanıb. Paralimpiada 24 avqust - 5 sentyabrda keçiriləcək.