Yunan-Roma güləşi üzrə Tokio-2020 Yay Olimpiya Oyunlarında bürünc medal qazanan idmançımızla bağlı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin sosial şəbəkə hesabında paylaşım edilib.

Offsideplus.az xəbər verir ki, Mərkəzi Ordu İdman Klubunun təmsilçisi baş leytenant Rafiq Hüseynov 77 kq çəki dərəcəsində həlledici döyüşdə Ermənistan təmsilçisi Karapet Çalyana 4:1 hesabı ilə qalib gələrək olimpiadada mükafatçılar sırasında yer alıb.

Müdafiə Nazirliyinin idmançımız barədə paylaşımını təqdim edirik:

WhatsApp Image 2021 08 03 at 21.12.36

WhatsApp Image 2021 08 03 at 21.12.37