Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycana ilk medalını qazandıran İrina Kindzerska avqustun 1-də Bakıya qayıdıb.

Offsideplus.az "Azərbaycan Cüdo Federasiyası"na istinadən xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində bürünc medal qazanan idmançımızı Azərbaycan Cüdo Federasiyasının əməkdaşları, idman ictimaiyyətinin nümayəndələri və cüdoçunun yaxınları qarşılayıblar. Ona gül dəstələri təqdim olunub və xatirə şəkilləri çəkdirilib.
Pandemiya ilə əlaqədar son ayların gərgin keçdiyini bildirən İrina Kindzerska Olimpiya Oyunlarında mükafatçılar sırasında yer aldığı üçün özünü xoşbəxt hiss etdiyini bildirib.
 
Tokio Olimpiadasının bürünc mükafatçısı deyib: “Yaponiyaya çempionluq üçün yollanmışdım. Ancaq düşündüyüm kimi alınmadı. Yarımfinalda uduzduğum yaponiyalı atlet çox güclü cüdoçudur. Finalda da Kuba təmsilçisi Ortizə qalib gələrək olimpiya çempionu oldu. Buna baxmayaraq Azərbaycanın üçrəngli bayrağını Tokioda dalğalandırmağı bacardım. Bu çox qürurverici bir hissdir”

Olimpiadanın bürünc medalçısı İrina Kindzerskanın Bakıda qarşılanma mərasimi olub 

fb95ca19 18ec 3717 a165 ebe02d8f6555
 
bad08087 c731 380c adab ce167a4ff065
 

Yaponiy