Tokio-2020 Yay Olimpiya Oyunlarında Fransanı təmsil edən azərbaycanlı boksçu Murad Əliyev yarışdan diskvalifikasiya edilib.

Offsideplus.az xəbər verir ki, 91 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda hakimlərin qərarına əsasən Böyük Britaniya təmsilçisi Freyzer Klarka uduzub.

İlk raundda referilərdən 3-ü Əliyevin, 2-si isə Klarkın üstün olduğunu bildirib. İkinci hissədə Klarkın qaşı açılıb. Baş hakim hər iki boksçunu mərkəzə çağırıb və Əliyevin rəqibinə başı ilə xəsarət yetirdiyini söyləyib. Bu qərara kəskin şəkildə etiraz edən Əliyev dişliyi yerə çırpıb. Əliyev hətta sonda kameranı da itələyib.