Tokio-2020 Yay Olimpiya Oyunlarında Azərbaycan idmançılarının çıxışı davam edir.
Offsideplus.az xəbər verir ki, bu gün güllə atıcısı Ruslan Lunyov mübarizəyə qoşulub. Kiçikçaplı tapançadan 25 metr məsafəyə atəşaçmada qüvvəsini sınayan idmançı ilk günün yekununda 281 xal toplayıb. Bu nəticə ilə o, 27 idmançı arasında 24-cü olub.
Sabah ikinci təsnifat mərhələsi və final keçiriləcək.
Həlledici raundda ən yaxşı nəticə göstərmiş 6 atıcı iştirak edəcək.



