Azərbaycan idmançısı Anna Skidan Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
Offsideplus.az xəbər verir ki, bu gün mübarizəyə başlayan çəkicatma növündə yarışan atlet finala vəsiqə qazana bilməyib.
B qrupundakı ilk cəhdlərdən sonra 29 yaşlı ukraynalı legioner ən yaxşı 12 atlet arasına düşmək şansını itirib.
O, A qrupunda təsnifat mərhələsini 69,57 metr nəticə ilə 16 idmançı arasında 8-ci sırada başa vurub.