Tokio-2020 Yay Olimpiya Oyunlarında ilk yarımfinalçılar müəyyənləşir.
Offsideplus.az xəbər verir ki, yarımfinal mərhələsinə ilk yüksələn komanda İspaniya millisi olub. Kot-d İvuar yığmasını 5:2 hesabı ilə məğlub edən İspaniya millisi adını növbəti mərhələyə yazdırıb. Onların növbəti mərhələdəki rəqibi isə Yaponiya millisi olub. Yaponlar Yeni Zellandiya yığmasını penaltilər seriyasında 4:2 hesabı ilə məğlub edib.



