Bu gün Tokio-2020 Yay Olimpiadasında iştirak edən idmançılarımız üçün düşərli oldu.
Offsideplus.az xəbər verir ki, iyulun 30-da 3 idmançımız mübarizəyə qoşuldu. Cüdoçu Uşangi Kokauri 100 kq-dan artıq çəki dərəcəsində 1/16 final mərhələsini uğurla adlasa da, 1/8-də braziliyalı Rafael Silvaya vazari xalı ilə uduzdu.
Yarışa 1/8-dən qoşulan qadın cüdoçumuz İrina Kindzerska öncə Bosniya və Hersoqovinadan olan rəqibini, növbəti mərhələdə isə Cənubi Koreyadan olan idmançıya qalib gəlməyi bacardı. Yarımfinalda yaponiyalıya uduzdu, bürünc medal mübarizəsində çinli həmcinsini ipponla məğlub edib ölkəmiz adına ilk medalı qazandırdı.
81 kq çəkidə yarışan boksçumuz Alfonso Dominges 1/4 final mərhələsində türkiyəli Bayram Malkanı yenib, azı bürünc medalı təmin etdi. Alfonso avqustun ilk günündə yarımfinal döyüşünə çıxacaq.
Medal qazanan Kindzerska və bürünc medalı təmin edən Domingesdən başqa, indiyə qədər 22 idmançımız medal üçün yarışsa da, istəyinə çata bilməyib. Tokio-2020 ilə vidalaşan idmançılarımızın adlarını təqdim edirik;
Cüdo: Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq), Uşangi Kokauri (+100 kq), Aişə Qurbanlı (48 kq)
Taekvondo: Milad Beigi Hərçəqani (80 kq), Fəridə Əzizova (67 kq)
İdman gimnastikası: İvan Tixonov, Marina Nekrasova
Boks: Tayfur Əliyev (57 kq), Lorenso Sotomayor (69 kq), Məhəmməd Abdullayev (+91 kq).
Üzgüçülük: Maksim Şemberev, Məryəm Şeyxəlizadə Xangah
Güllə atıcılığı: Emin Cəfərov
Triatlon: Rostislav Pevtsov
Qılıncoynatma: Anna Başta
Badminton: Edi Reski Dviçayo
Velosiped idmanı: Elçin Əsədov