Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio-2020 Yay Olimpiya Oyunlarında sonuncu görüşünü keçirib.

Offsideplus.az xəbər verir ki, 78 kq-dan yuxarı çəki dərəcəsində çıxış edən idmançı bürünc medal uğrunda görüşdə çinli Şiyan Xu ilə üz-üzə gəlib.

Rəqibinə ipponla qalib gələn Kindzerska bürünc medal qazanıb.

Qeyd edək ki, bu, cüdo növündə olimpiadada ilk medalımız olub.