Boksçumuz Alfonso Dominqes Tokio-2020 Yay Olimpiya Oyunlarında 1/4 finala yüksəlib.

Offsideplus.az xəbər verir ki, 1/8 finalda 4:1 hesabı ilə Dilşodbek Ruzmetova (Özbəkistan) qalib gələn idmançı növbəti mərhələyə adını yazdırıb. O, qələbədən sonra əsgər salamı verib və rəqs edib.

Qeyd edək ki, iyulun 30-da baş tutacaq 1/4 finalda Alfonso Türkiyə boksçusu Malkan Bayramla üzləşəcək.