“Futbol+” qəzeti tərəfindən keçirilən sorğu əsasında Azərbaycan ilin futbolçusu müəyyənləşib.
Offsideplus.az xəbər verir ki, 2025-ci il üzrə Azərbaycanın ən yaxşı futbolçusu adına "Qarabağ"ın müdafiəçisi Elvin Cəfərquliyev layiq görülüb. Futbol ictimaiyyətindən 193 şəxsin iştirak etdiyi sorğuda Elvin Cəfərquliyev komanda yoldaşı Bəhlul Mustafazadəni 97 xal fərqi ilə qabaqlayaraq, birinci olub. 3-cü yeri isə sorğunun ötənilki qalibi Toral Bayramov tutub.
Sıralama aşağıdakı kimidir:
1. Elvin Cəfərquliyev
2. Bəhlul Mustafazadə
3. Toral Bayramov
4. Xəyal Əliyev
5. Abdulla Xaybullayev
6. Rüfət Abbasov
7. Nəriman Axundzadə
8. Qismət Alıyev
9. Anton Krivotsyuk
10. Ceyhun Nuriyev



