“Araz-Naxçıvan”ı tərk edən futbolçu Qara Qarayevin karyerasını “Sumqayıt”da davam etdirəcəyi iddia olunurdu.
“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev Offsideplus.az saytına açıqlamasında bildirib ki, hazırda sözügedən mövzu gündəmdə deyil:
”Məsələ ilə bağlı klubun hər hansı təşəbbüsü olmayıb. Əgər belə bir transfer olarsa, ictimaiyyətə məlumat veriləcək”.
Qeyd edək ki, Q. Qarayev ötən gün “Araz-Naxçıvan”la qarşılıqlı razılıq əsasında yollarını ayırıb.



