Misli Premyer Liqasının I turunda "İmişli" 0:1 hesabı ilə "Turan Tovuz"a məğlub olub. 

Offsideplus.az xəbər verir ki, "İmişli"nin baş məşqçisi Jorj Kaşkilya matçdan sonra baş tutan mətbuat konfransında məğlubiyyəti şərh edib: 

“Yaxşı oynadıq. Müdafiədə yaxşı oyun getdi. Birinci hissədə oyun daha çox orta sahədə cərəyan edirdi. Neytral bir qarşılaşma idi və komandalar bir-birini kəşf edirdi. Lakin ikinci hissədə taktiki baxımdan üstünlüyü ələ aldıq. Topa nəzarətimiz artdı və bir neçə qol fürsəti də yaratdıq. Təəssüf ki, oyunun son dəqiqələrində əsas müdafiəçimiz və qapıçımız zədələndi ki, bu da nəticəyə təsir göstərdi. Son 4 dəqiqədə müdafiədə zəiflik yarandı və qol buraxdıq. İndi əsas diqqətimiz oyunçularımızın sağ-salamat komandaya qayıtmasına və növbəti oyuna hazırlaşmasına yönələcək.”