"Şamaxı" daha bir transferi rəsmiləşdirib.

Offsideplus.az xəbər verir ki, bölgə klubu Cesar Henrique Dias Santosu heyətinə cəlb edib. 25 yaşlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Dias Santos müdafiənin mərkəzində çıxış edir. Onun son klubu "Caxias" olub.

Braziliyalı "Şamaxı"nın mövsümlərarası fasilədə 6-cı transferi olub.