"Sumqayıt"ın futbolçusu Pedro Pinto karyerasını Anqolada davam etdirəcək.

Offsideplus.az xəbər verir ki, "kimyaçılar" onun keçidi üçün “Petroleos de Luanda” klubu ilə razılığa gəlib.

Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, Pedro Pinto ötən ilin yayında "Sumqayıt"a qoşulmuşdu. O, burada 18 oyun keçirib.