"Beşiktaş" Emmanuel Aqbadunu transferində sona yaxınlaşır.

Offsideplus.az xəbər verir ki, İstanbul klubu 28 yaşlı müdafiəçi üçün "Vulverhempton"a 18 milyon avro ödəyəcək.

Bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

"Qara qartal" Aqbadu ilə 4.5 illik müqavilə imzalayacaq.

Fil Dişi Sahilindən olan futbolçu cari mövsüm "Vulverhempton" forması ilə 17 oyunda meydanda olub və 2 məhsuldar ötürmə edib.