"Mançester Yunayted" yayda əsas büdcəni yarımmüdafiə xəttinə ayıracaq.
Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" orta xəttə böyük bir ad gətirmək istəyir.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Qeyd edək ki, Kazemiro cari mövsümün sonunda "Mançester Yunayted"i tərk edəcək.
"Mankunianlar" hazırda 41 xalla Premyer Liqada 4-cü yerdədir.



