"Qəbələ"nin futbolçusu Domi Massumo "İmişli" ilə matçda (3:2) het-trikə imza atıb.

Offsideplus.az xəbər verir ki, o, Azərbaycan çempionatları tarixində bunu bacaran 50-ci legioner (milliləşənlər də daxil olmaqla) futbolçu olub.

Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.

Massumo cari mövsümdə het-trik edən 2-ci futbolçu olmağı bacarıb. Ondan əvvəl "Qarabağ"ın üzvü Toral Bayramov "Araz-Naxçıvan"la matçda (5:0) bunu etmişdi.

Onu da qeyd edək ki, hazırda "Zirə"də çıxış edən Davit Volkov Azərbaycan Premyer Liqasında ən çox het-trik edən legioner futbolçudur - 4 dəfə. İlk belə het-triki isə onun həmyerlisi Badri Kvaratsxeliya edib. 

O, 1997/98 mövsümündə "Kəpəz"in formasını geyinərkən 2 dəfə rəqibin qapısına 3 qol vurub.