"Neftçi" ötən gün səfərdə "Araz-Naxçıvan"ı 4:0 hesabı ilə məğlub edib.
Offsideplus.az xəbər verir ki, bu, "ağ-qaralar"ın cari mövsümdə ilk böyükhesablı səfər qələbəsi olub.
"Flaqman" sonuncu dəfə belə nəticəyə 2023/2024 mövsümündə imza atmışdı.
O zaman "Səbail" üzərində 3:0 hesablı qələbə qazanılmışdı.
4 top fərqli son səfər qələbəsi daha əvvələ 2022/23 mövsümünə təsadüf edib.
"Neftçi" həmin mövsümdə "Sumqayıt" 4 cavabız qolla məğlub etməyi bacarmışdı.



