"Kəpəz" Misli Premyer Liqasının XVIII turunda "Şamaxı"ya məğlub olub - 0:2.
Offsideplus.az xəbər verir ki, bu oyun Gəncə təmsilçisi üçün əlamətdar olub.
Onlar Azərbaycan çempionatlarının Yüksək Dəstəsində 700-cü oyununu keçirib.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
"Kəpəz" 700 oyunda 293 qələbə qazanıb, 146 heç-heçə edib və 261 dəfə məğlub olub. 1040 qol vuran komanda öz qapısında 889 top görüb.
Onlar oyun sayında yalnız "Qarabağ", "Neftçi" və "Şamaxı"dan geri qalırlar.



