"Gəncə"nin baş məşqçisi Halil Atlı "Şəki" üzərindəki qələbəni dəyərləndirib.

Offsideplus.az xəbər verir ki, türkiyəli mütəxəssis oyunçularına təşəkkür edib:

"Oyunçularıma "sağ ol" düşür. Çünki sıx təqvimdən uğurla çıxdıq. Üç həftəlik dövrü istirahət etmədən keçiririk. Səfərdə, evdə oynadıq. Doğrudan da çətin durum idi. Bu mərhələni uğurla dəf etmək bizim üçün önəm daşıyırdı.

Son tura daxil oluruq. Göstərdiyimiz oyunu ən yaxşı hala gətirmək üçün çalışmağa davam edəcəyik. Basketbolçularımdan çox məmnunam. Hamısının əziyyətini qiymətləndirirəm. Son mərhələdə də çatışmazlıqları aradan qaldırıb ən yaxşı şəkildə oyun nümayiş etdirmək üçün səylərimizi davam etdirəcəyik".

Qeyd edək ki, "Gəncə" - "Şəki" matçı meydan sahiblərinin 95:80 hesablı qələbəsi ilə yekunlaşıb.