Misli Premyer Liqasının XVIII turunda "Zirə"ni məğlub edən "Sabah" ardıcıl 7-ci qələbəsini qazanıb.
Offsideplus.az xəbər verir ki, "bayquşlar" 2-ci dəfə belə seriya yaxalayıb. Onlar daha əvvəl 2022/23 mövsümündə də bunu bacarmışdı.
Bu barədə Peşəkar Futbol Liqası məlumat yayıb.
"Sabah" eyni zamanda son 3 oyunda 3 və daha artıq qol vurmağı bacarıb.
Qeyd edək ki, Masazır təmsilçisi 43 xalla hazırda Premyer Liqada liderdir. Onlar ən yaxın rəqibi "Qarabağ"ı 4 xal qabaqlayır.



