"Latsio"nun müdafiəçisi Alessio Romanyoli Qətərə transferi baş tutmadığı üçün qəzəblidir.
Offsideplus.az xəbər verir ki, buna baxmayaraq təcrübəli futbolçu "qartallar"da qalacaq.
Romanyoli "Əl-Sədd" klubu ilə razılığa gəlmişdi. O, burada illik 6 milyon avro qazanacaqdı.
Lakin müqavilə üçün lazım olan sənədlər vaxtında göndərilmədiyi üçün keçid baş tutmayıb.



