"Neftçi" Azərbaycan çempionatları tarixində heyətində 200 futbolçusu qol vuran ilk klub olub.
Offsideplus.az xəbər verir ki, bu tarixi göstərici Misli Premyer Liqasının XVIII turunda, "Araz-Naxçıvan"la oyunda (4:0) qeydə alınıb. Komandanın braziliyalı müdafiəçisi İqor Ribeyro sabiq klubunun qapısına yol taparaq "Neftçi"nin 200-cü qolçusu kimi tarixə düşüb.
Cari mövsümdə Ribeyroya qədər daha 5 futbolçu — Alesio Kurçi, Freddi Varqas, İmad Faraj, İfeanyi Metyu və Vensan Abubakar da klubun qolçuları siyahısına ilk dəfə adlarını yazdırıblar.



