Şakir Seyidov yenidən "Kəpəz"də çıxış edəcək.
Offsideplus.az xəbər verir ki, onunla 2 illik müqavilə imzalanıb.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Ş. Seyidov son olaraq "Sabah"da çıxış edib. O, daha öncə 2023/24 mövsümündə də Gəncə təmsilçisinin formasını geyinib.
24 yaşlı futbolçu "Kəpəz"in mövsümlərarası fasilədə ilk transferi olub.