"Sumqayıt" Futbol Klubu baş məşqçi Vaqif Cavadovla yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, klubdan verilən rəsmi məlumata görə, tərəflər arasında müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Klub rəhbərliyi Cavadova göstərdiyi xidmətlərə görə təşəkkür edib və ona gələcək karyerasında uğurlar arzulayıb. Bildirilib ki, Vaqif Cavadov fəaliyyətini "Sumqayıt" klubunun strukturunda, komandalarından birində məşqçi kimi davam etdirəcək.
Qeyd edək ki, Vaqif Cavadov baş məşqçi kimi "Sumqayıt"ı ümumilikdə 28 oyuna çıxarıb. Bu görüşlərin 25-i Premyer Liqaya, 3-ü isə Azərbaycan Kubokuna təsadüf edib. Onun rəhbərliyi altında komanda 7 qələbə qazanıb, 6 heç-heçə edib və 15 dəfə məğlub olub.