"Araz-Naxçıvan"ın futbolçusu Qara Qarayev Azərbaycan çempionatlarında 350-ci oyununu keçirib.

Offsideplus.az xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi yubiley matçını Misli Premyer Liqasının XXXIII turunda “Sabah”a qarşı keçirib.

Qara Premyer Liqada 2008/09 mövsümündə debüt edib. O, ilk klubu “Qarabağ”da 305 (5 qol), “Neftçi”də 25 (1 qol), “Araz-Naxçıvan”da isə 20 görüşə çıxıb.

Vaxtilə yığmamızın da şərəfini qoruyan Qarayev Azərbaycan çempionatları tarixində 350 və daha çox matç keçirən 13-cü oyunçudur.

1. Rahid Əmirquliyev   - 451

2. Mahmud Qurbanov  - 421

3. Rəşad Sadiqov    - 392

4-5. Asif Məmmədov    - 388

Azər Məmmədov - 388

6. Aslan Kərimov - 382

7. Rəşad Abdullayev - 378

8-9. Elvin Məmmədov - 376

Maksim Medvedev - 376

10. Vurğun Hüseynov - 368

11. Aqil Məmmədov - 363

12. İsmayıl Məmmədov - 351

13. Qara Qarayev – 350