Misli Premyer Liqasının XXXI turunda "Şamaxı" 2:1 hesabı ilə "Kəpəz"i məğlubiyyətə uğradıb.
Offsideplus.az xəbər verir ki, oyundan sonra baş tutan mətbuat konfransında Şamaxı təmsilçisinin baş məşqçisi Ayxan Abbasov qələbəni şərh edib.
"Oyun stresli, sürətli başladı. Evdə oynayırdıq, möhtəşəm atmosfer vardı, buna görə azarkeşlərə təşəkkür etmək istəyirəm. Evdə udmaq istəyirdik. Çətin qələbə oldu. Açıq oyun getdi, hər birimizin şansları vardı. Futbolçularımı təbrik edirəm, inşallah, bundan sonrakı oyunları motivasiya ilə oynamalıyıq. Stabil oynamaq gələcəyimiz üçün vacibdir. Gənc futbolçularımızın inkişafı gələcəyimizin yaxşı olması üçün vacibdir. Futbolçularımızın zəif, yaxşı performansında inanırdıq ki, "Şamaxı" istədiyinə çatacaq. Bundan sonrakı oyunlara baxacağıq".



