Bu gün Misli Premyer Liqasının XXX turun daha bir matçı keçirilib.

Offsideplus.az xəbər verir ki, son 3 oyunda məğlub olmayan "Kəpəz" evdə "Araz-Naxçıvan"ı qəbul edib. Görüş başladığı kimi də bitib.

"Kəpəz" 28 xalla 9-cu, "Araz-Naxçıvan" isə 52 xalla 3-cü yerin sahibidir.

13 aprel

17:00 "Kəpəz" - "Araz-Naxçıvan"

Hakimlər: Kamal Umudlu, Vüsal Məmmədov, Müslüm Əliyev, Əli Əliyev

VAR: İnqilab Məmmədov

AVAR: Namiq Hüseynov

Tovuz şəhər stadionu