Misli Premyer Liqasının son iki turunda qələbə qazanan "Sumqayıt" klubunun rəhbərliyi Avropa təcrübəsindən bəhrələnmək qərarına gəlib.

Offsideplus.az xəbər verir ki, komandanın baş məşqçisi Vaqif Cavadov bu məqsədlə "köhnə qitə"yə yollanacaq.

Səfər zamanı gənc çalışdırıcı Avropa klublarının birində təcrübə keçəcək, yeni iş üslublarını öyrənəcək.

Məşqçinin hansı klubun düşərgəsiinə yollanacağı və səfərin vaxtı hələlik açıqlanmır.

Qeyd edək ki, V.Cavadov ötən ilin oktyabrndan "Sumqayıt"a rəhbərlik edir. Hazırda "gənclik şəhəri"nin təmsilçisi çempionatda 7-ci pillədə qərarlaşıb.