"Şamaxı" klubu baş məşqçisi Ayxan Abbasovla müqavilə uzadıb.

Offsideplus.az xəbər verir ki, 43 yaşlı mütəxəssislə 2025/26 mövsümün sonuna qədər müqavilə imzalanıb. 

O, bu mövsümün əvvəlindən bölgə klubunu çalışdırır.

Əlavə edək ki, A. Abbasov bu həftə Azərbaycan U-21 millisinin də yeni baş məşqçisi təyin olunub. Gənc çalışdırıcı hər iki komandanı eyni anda idarə edəcək.