Bu gün Misli Premyer Liqasında XXV turun oyunları davam etdirilir.
Offsideplus.az xəbər verir ki, günün, eləcə də turun mərkəzi görüşü Tovuzda baş tutub. Yerli "Turan Tovuz" "ilk üçlüy"ə düşmək üçün ən yaxın rəqiblərindən olan "Zirə"ni qəbul edib. Matç qonaqların qələbəsi ilə başa çatıb.
“Turan Tovuz” 0–2 “Zirə”
Qol: Qismət Alıyev, 5-pen (0:1); İsa Cibrilla, 57 (0:2)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Fərid Hacıyev
VAR: Nicat İsmayıllı
Tovuz şəhər stadionu, 17:30