Misli Premyer Liqasının 25-ci turunda “Sumqayıt” “Qarabağ”ı qəbul edib.
Offsideplus.az xəbər verir ki, matç Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. "Gənclik şəhəri" təmsilçisinin baş məşqçisi Vaqif Cavadov oyundan sonra mətbuat konfransında iştirak edib. O, bunları deyib:
"Çox danışmayacam. Azarkeşlərə təşəkkür edirəm. Yaxşı oyuna şahidlik etdik. Epizodlar olsada yenə dəyərləndirə bilmədik. “Kəpəz”lə oyunda yaxşı nəticə qazanmağa çalışacağıq”.
Mütəxəsis “Kəpəz”lə oyunda məğlub olacağı təqdirdə mümkün istefası ilə bağlı suala belə cavab verib:
“Hər şey ola bilər. “Kəpəz”lə oyundan sonra bəlkə tilsimi qıracayıq. Bəlkə də, siz istədiyinizi deyəcəm”.
Daha sonra Cavadov mövsümün gedişatından danışıb:
“Çətin vəziyyətdəyik. Bu vəziyyətdən çıxmağa çalışırıq. Amma mən söz verirəm ki, komanda 100 yox 200 faiz liqada qalacaq”.