"Səbail"in baş məşqçisi Cavid Hüseynov Misli Premyer Liqasının 20-ci turunda səfərdə "Kəpəz"ə 1:0 hesabı ilə qalib gəldikləri oyunu şərh edib.
Offsideplus.az xəbər verir ki, o, görüşdən sonra keçirilən mətbuat konfransında deyib:
"Aşağı pillələrdə çox gərgin mübarizə gedir. Buna görə də psixoloji cəhətdən əlavə hazırlaşmaq lazım idi. Komanda olaraq buna yaxşı hazırlaşmışdıq. Futbolçularımı təbrik edirəm. Əsl mübarizə, xarakter göstərdilər. İki fərqli hissə izlədik. Bu da normaldır. İlk yarıda bir neçə qol epizodumuz oldu. İkinci hissədə məlum idi ki, rəqib irəli atılacaq. Əks-hücumlarımız oldu. Sonda nəticə bizim xeyrimizə olduğu üçün sevinirik. Amma oyun planında üzərində işləməli olduğumuz çox şey var".